22:11:52 - Cuma 14 Haz 2019
Abbas Lisani ilə bağlı BMT-yə müraciət olundu
50 milyonun haberine göre, Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı  Abbas Lisaninin durumu kritik olaraq qalır. Qeyd edək ki, Abbas bəy iyunun 10-da Ərdəbilin İnqilab Məhkəməsində mühakimə olunub. Fəal aclıq aksiyasının 15-ci günündə onlarla polis və mülki geyimli ETTELAAT əməkdaşlarının əhatəsində əl-ayaqları qandallı şəkildə məhkəməyə aparılıb. Hakim Xudadadinin sərdrliyi ilə keçirilən məhkəmə iclasında fəalın vəkili cənab […]

50 milyonun haberine göre, Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı  Abbas Lisaninin durumu kritik olaraq qalır. Qeyd edək ki, Abbas bəy iyunun 10-da Ərdəbilin İnqilab Məhkəməsində mühakimə olunub.

Fəal aclıq aksiyasının 15-ci günündə onlarla polis və mülki geyimli ETTELAAT əməkdaşlarının əhatəsində əl-ayaqları qandallı şəkildə məhkəməyə aparılıb. Hakim Xudadadinin sərdrliyi ilə keçirilən məhkəmə iclasında fəalın vəkili cənab Fəqihi də iştirak edib, məhkəmə prosesi 4 saatdan çox davam edib.

Fəalın səhhəti bundan əvvəlki aclıq aksiyaları və budəfəki aclığa görə ağır vəziyyətdədir, onun təxminən 20-25 kq arası çəki itirdiyi bildirilir.

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxıb. O təxminən 5 aydır ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Tanınmış fəal məhkəmə prosesinin gedişinə etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb.

Abbas Lisaninin müdafiəsi ilə bağlı Quzey Azərbaycanda, Türkiyədə, Avropada hansı işlər görülür? Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, təşkilat Abbas Lisaninin durumu ilə bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edib: “GAMOH Güney Azərbaycan Milli Hərəkatının fəallarından bir Abbas Lisaninin durumunu diqqətlə izləyir. Aclıq aksiyası keçirən Abbas bəyin vəziyyəti bizi narahat edir. İran hakimiyyətə Abbas Lisaniyə qarşı təzyiqlərə son qoymalıdır. Onun durumu ilə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına, BMT baş katibinin müşavirinə müraciət etmişik. Tələb etmişik ki, güneyli siyasi məhbuslara olan basqılarla bağlı İran hakimiyyətinə təzyiqlər edilsin”.

Aydın
Cebhe.info

Etiketler:

Yorum kayıta alındı

Adınız:

E-posta Adresiniz:

Yorumunuz: