21:29:51 - Pazartesi 8 Tem 2019
Abbas Lisaniyə ağır cəza verildi
50 milyonun haberine göre, Tanınmış Güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani haqqında məhkəmə qərarı çıxıb. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin  üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, Abbas bəy Ərdəbil İnqilab Məhkəməsi tərəfindən ağır həbs və sürgün cəzasına məhkum edilib. Hökm məhkəmənin 1-ci şöbəsi tərəfindən iyulun 8-də fəalın vəkilinə elan olunub. Hökmə əsasən o […]

50 milyonun haberine göre, Tanınmış Güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani haqqında məhkəmə qərarı çıxıb.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin  üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, Abbas bəy Ərdəbil İnqilab Məhkəməsi tərəfindən ağır həbs və sürgün cəzasına məhkum edilib.

Hökm məhkəmənin 1-ci şöbəsi tərəfindən iyulun 8-də fəalın vəkilinə elan olunub. Hökmə əsasən o 8 il həbs və ailəsi ilə birlikdə 2 il Yəzd şəhərinə sürgün cəzıasına məhkum olunub.

Qeyd edək ki, Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdı. Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib araşdırdıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdu. O təxminən 6 aydır ki, Ərdəbil zindanında saxlanılır. Ərdəbil prokurorunun müavini hazırladığı iddianamədə fəala qarşı əsası olmayan “Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək”, “milli təhlükəsizliyə qarşı cəhd göstərmək”, “qanunsuz qrup yaratmaq” və “sistemin əleyhinə təbliğat aparmaq” kimi ağır ittihamlar irəli sürüb. Abbas Lisani məhkəmədə irəli sürülən bütün ittihamları rədd edib, bildirib ki,  bu proses Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin davamıdır. İttihamların qondarma olduğuna Güney Azərbaycan Milli Hərəkatının fəalları da müxtəlif formalarda etiraz bildirib. Tanınmış fəalın sonuncu məhkəmə iclası iyunun 27-də Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində keçirilib. Fəal proses zamanı hakimə xitabən  deyib:

“Hər kəs mənə qarşı irəli sürülmüş ittihamların əsassız və yalan olduğunu bildiyindən, ümid edirəm ki, məhkəmə orqanları bu cinayət işində həssasiyyəti və müstəqilliyi qorumağın zəruri olduğunu anlayır”.

Fəal həmçinin Azərbaycan milli hərəkatının dinc məqsədlər daşıdığını vurğulayıb:

“Hərəkat özündən başqa heç bir ünsürdən asılı deyil, ona görə də ona digər fikirləri yeritmək və bunun nəticəsində Azərbaycan milli-mədəni fəallarına qarşı repressiya həyata keçirmək cəhdləri uğursuzluğa düçar olacaq”.

Azərbaycanlı fəal həbsxanada mayın 27-dən iyunun 15-dək aclıq aksiyası keçirib. O,  məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb həbsxanada  ona təhvil verilməməsinə etiraz olaraq aclıq edib. Abbas Lisani uzun illərdir ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. Dinc mübarizəyə üstünlük verən hərəkat fəalı dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

Aydın
Cebhe.info

Etiketler:

Yorum kayıta alındı

Adınız:

E-posta Adresiniz:

Yorumunuz: