21:19:26 - Perşembe 29 Ağu 2019
Güney Azərbaycan mühacir parlamenti yaradılsın-Çöhrəqanlıdan ÇAĞIRIŞ
50 milyonun haberine göre, İran ətrafında gərginliyin artması Güney Azərbaycanda siyasi fəallığa təsir edib. Cebhe.info-ya daxil olan məlumata görə, daxildə və xaricdə fəaliyyət göstərən güneyli siyasi fəallar arasında təmərküzləşmə prosesi sürətlənib. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) başqanı doktor Mahmudəli Çöhrəqanlı mübarizəsində səmimi olan bütün hərəkatçıları birləşməyə çağırıb. GAMOH İdarə Heyətinin üzvü Ağri Qaradağlının Cebhe.info-ya verdiyi […]

50 milyonun haberine göre, İran ətrafında gərginliyin artması Güney Azərbaycanda siyasi fəallığa təsir edib.

Cebhe.info-ya daxil olan məlumata görə, daxildə və xaricdə fəaliyyət göstərən güneyli siyasi fəallar arasında təmərküzləşmə prosesi sürətlənib.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) başqanı doktor Mahmudəli Çöhrəqanlı mübarizəsində səmimi olan bütün hərəkatçıları birləşməyə çağırıb.

GAMOH İdarə Heyətinin üzvü Ağri Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, Güneydə, Quzey Azərbaycanda, Avropada, Amerikada yaşayan milli hərəkatçılara səslənərək mühacir parlamentinin yaradılmasını təklif edib: “Çöhrəqanlı təklif edib ki, mühacirətdə Güney Azərbaycanın parlamenti, Təhlükəsizlik Şurası və müvəqqəti hökuməti yaradılsın. Bu təklif İran şovinistlərini narahat edib”.

GAMOH yetkilisinin sözlərinə görə, Çöhrəqanlının bu çağırışdan sonra paniranistlər Çöhrəqanlıya qarşı böhtan kampaniyasına başlayıblar.

Aydın

Cebhe.info

Etiketler:

Yorum kayıta alındı

Adınız:

E-posta Adresiniz:

Yorumunuz: