20:18:56 - Pazar 8 Eyl 2019
Güney Azərbaycan: Siyasi fəallara hökm çıxarıldı
50 milyonun haberine göre, Sulduz Şəhər İnqilab Məhkəməsi güney azərbaycanlı milli-mədəni fəallar Mir Musa Ziya Gərgəri və Səccad Şəhiri barəsində həbs qərarı çıxarıb. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, fəallar sentyabrın 4-də məhkəməyə çağırılan fəallara şifahi şəkildə hökm oxunub. Hakim Əmir Kiyumərzi Xəlifəkəndi azərbaycanlı fəalları sistemin əleyhinə təbliğat […]

50 milyonun haberine göre, Sulduz Şəhər İnqilab Məhkəməsi güney azərbaycanlı milli-mədəni fəallar Mir Musa Ziya Gərgəri və Səccad Şəhiri barəsində həbs qərarı çıxarıb.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, fəallar sentyabrın 4-də məhkəməyə çağırılan fəallara şifahi şəkildə hökm oxunub. Hakim Əmir Kiyumərzi Xəlifəkəndi azərbaycanlı fəalları sistemin əleyhinə təbliğat aparmaq ittihamı ilə bir il həbs cəzasına məhkum edib, lakin onların bundan əvvəl cinayət işləri olmadığı üçün həbs hökmləri 37 və 38-ci maddələrə uyğun olaraq 20 günə endirilib. Mirmusa Ziya Gərgəri və Səccad Şəhiri iyunun 22-də Sulduz şəhərində ayrı-ayrılıqda saxlanılaraq Urmiyənin ETTELAAT idarəsinə aparılmışdı.

Adını çəkdiyimiz fəallar iyulun 16-da hər biri 80 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

Aydın
Cebhe.info

Etiketler:

Yorum kayıta alındı

Adınız:

E-posta Adresiniz:

Yorumunuz: