21:44:33 - Çarşamba 23 May 2018
Güneyi ayağa qaldıran May qiyamı -MÜSAHİBƏ
Güney Azərbaycanda baş vermiş “May Qiyamı”ndan 12 il ötür. İran dövlətinin rəsmi orqanı olan “İran” qəzeti 12 may 2006-cı il tarixli sayında türkləri böcək kimi təsvir edən karikatura dərc etdi Buna etiraz edən azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başladılar. Təbriz, Urmiya, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Maku, Miyana, Meşkin və s. kimi şəhərləri qısa müddətdə […]

Güney Azərbaycanda baş vermiş “May Qiyamı”ndan 12 il ötür. İran dövlətinin rəsmi orqanı olan “İran” qəzeti 12 may 2006-cı il tarixli sayında türkləri böcək kimi təsvir edən karikatura dərc etdi

Buna etiraz edən azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başladılar. Təbriz, Urmiya, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Maku, Miyana, Meşkin və s. kimi şəhərləri qısa müddətdə kütləvi etirazlar bürüdü və bu vəziyyət günlərlə davam etdi.

İran hüquq-mühafizə orqanları gücdən istifadə edərək, dinc aksiyaları dağıtmağa çalışdı. Həmin etirazlarda onlarla soydaşımız İran rejiminin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid oldu, yüzlərlə insan yaralandı və xeyli etirazçı həbs edildi.

2006-cı ilin 22 may hadisələrindən sonra Güney Azərbaycan Milli Hərəkatı yeni bir mərhələyə daxil oldu. Azərbaycanlılar fars şovinizminə qarşı mübarizəni bu gün də var gücü ilə davam etdirir.

 

Mövzu ilə bağlı GAMOH İdarə Heyətinin üzvü, Türkiyədə yaşayan güneyli siyasi fəal Ağrı Qaradağlı Cebhe.info-nun suallarını cavablandırıb.

“Millət ayaqda olduğunu, mənəvi haqqlarını qoruya biləcəyini sübut etdi”

– Ağrı bəy, 22 may hadisələrin tarixi əhəmiyyəti nə idi və Milli Hərəkat nəyə nail oldu?

–  2006-ci ilin mayın 12-də İran rejiminin rəsmi qəzetində  böyük həqarətə yol veridlər, türkləri  tarakana (Hamam böcəyi) bənzədərək karikatura yayımladılar. Bunun arxasınca milli hərəkata mənsub olan tələbələr türkləri təhqir edən  bu qəzetin nüsxələrini universitetlərdə yaymağa başladılar. İlk olaraq Urmu və Təbriz şəhərlərinin universitetlərində toplantılar keçirildi. Sonra  etiraz aksiyası təşkil etməyə qərar verdilər. Bu etiraz dalğası universitetləri aşaraq şəhərin mərkəzinə qədər gəlib çatdı. Bu məsələni gündəmə gətirilməsində və ən əsası aksiyaların başlanmasında  GAMOH tələbə qrupunun böyük rolu oldu. Təbriz və Urmu şəhərlərində aksiyaları gördükdən sonra, Güney Azərbaycanın bütün şəhərlərində milli qiyam baş verdi və 22 may hadisələri yaşandı.

Bir həftə davam edən aksiyalar rejimi çətinə saldı. Molla rejimi tabeliyində olan  xüsusi təyinatlı qüvvələrin,  Livan, Əfqanıstan və digər ölkələrdən gətirdiyi hərbçilərin köməyi ilə qiyamı yatırdılar.  Güney Azərbaycan xalqına odlu silahlarla hücumlar edildi. Bu qarşıdurmada 150-ə yaxın hərəkatçı itkin düşdü, şəhid oldu. Eyni zamanda 5000-dən çox hərəkatçı yaxalanaraq müxtəlif işgəncələrə məruz qaldı. Bir çox hərəkatçı fiziki sağlamlığını itirdi, əlil  oldu. Bu ərəfədə doktor Mahmudəli Çöhrəqanlı Türkiyə mediasından milli hərəkata  mənəvi dəstək verirdi.

Bunu görən İran rejimi Mahmudəli Çöhrəqanlının Türkiyədən çıxarılmasına  nail oldu. Güney Azərbaycan Milli Oyanış Hərəkatı(GAMOH) olaraq hər zaman millətimizin oyanması üçün çalışmışıq. Hesab edirəm ki, 22 may hadisələri bu oyanışın zirvəsi oldu. Deyərdim ki, 22 may hadisəsinin tarixi əhəmiyyəti millətin oyanışı idi. Millət ayaqda olduğunu, lazım gələrsə, ölümə gedərək mənəvi haqlarını qoruyacağını sübut etdi. Millətin əldə etdiyi nailiyyət bu oldu ki, 90 ildən çox assimilyasiyaya uğramasına, eləcə də tarixi, dili, mədəniyyətinin əlindən alınmasına baxmayaraq, ayağa qalxıb və göstərdi ki, bu rahatlıqla xalqı assimilyasiyaya məruz qoya bilməzsiniz…

“ETTELAAT hələ də may məhbuslarına təzyiq edir”

– Həbs olunan siyasi məhbuslar azad olunubmu?

– 22 may 2006-ci ildə həbs olunan siyasi məhbusların demək olar ki, hamısı sərbəst buraxılıb. Amma həbsdən sərbəst buraxılsalar da, istədikləri kimi sərbəst deyillər. Çünki artıq onlar ETTELAAT tərəfindən tanınan hərəkatçılar olduqları üçün hər zaman üzərlərində basqı var. O zaman yaxalanan, daha sonra sərbəst buraxılan milli hərəkatçıların bir çoxu başqa maddələrlə saxlanılıb və hazırda məhbus həyatı yaşayırlar. Bəziləri isə rejim məmurları tərəfindən tez-tez izahat üçün çağırılırlar. Bu da hərəkatçılarımızın sərbəst davranmasına mane olur.

“Babək qalasına yürşlə bağlı qərar verəcəyik”

– Bu il Babək (Bəzz) qalasına yürüş olacaqmı?

– İlk dəfə Babək qalasına yürüş  1997-ci ildə doktor  Mahmudəli Çöhrəqanlı, şəhid professor Məhəmmdətağı Zöhtabi və şəhid Qulamrza Əmaninin təşəbbüsü ilə həyata keçirilib. İlk dəfə yürüşə qatılanların sayı az olsa da, hər il bu say artmağa başladı.

Yürüşün ən tarixi zirvəsi 2003-cü il oldu. Bu tarixdə bir milyondan çox hərəkatçı və kütlə yürüşə qatılaraq Güney Azərbaycan bayrağını qaldırdılar və “Təbriz Bayrağın Mübarək”  şüarını səsləndirdilər. Onlar eyni zamanda “Azərbaycan Qəhrəmanı- Çöhrəqanlı, Çöhrəqanlı”, “Yaşasın Azərbaycan”, “Ya Qarabağ, ya Ölüm” kimi şüarlarını hayqırdılar. Bu hadisədən sonra İran rejimi və SEPAH qüvvələri Babək qalası ətrafını mühasirəyə alaraq illik yürüşlərə əngəl törətməyə başladı. Amma buna baxmayaraq 2004-2005 çətin olsa da, yürüşlər təhlükəsizlik qüvvələri ilə qarşıdurma şəraitində baş tutdu. Daha sonra may və başqa hadisələr meydana gəldi ki, Milli Hərəkat özünü müxtəlif formalarda göstərməyə başladı. Hələlik təşkilat olaraq bu illə əlaqədar Babək qalasına yürüşə qəti qərar verməmişik. Təşkilat mənsubları ilə həm daxildə, həm xaricdə bununla bağlı dəyərləndirmə və araşdırma apardıqdan sonra qərar verəcək.

http://www.cebhe.info/guneyi-ayaga-qaldiran-may-qiyami%E2%80%93musahibe-99995

Yeganə Oqtayqızı

 

Etiketler:

Yorum kayıta alındı

Adınız:

E-posta Adresiniz:

Yorumunuz: