22:40:06 - Cumartesi 6 Tem 2019
Güneyli siyasi məhbus döyülüb
50 milyonun haberine göre, İran həbsxanalarında saxlanılan Güney azərbaycanlı milli fəallara qarşı təzyiqlər artıb. Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, Marağa həbsxanasında saxlanılan   “Şəhr-i xəbər Məlikan” teleqram kanalının müdiri Mehdi Kuxiyan  döyülüb. Yaxınlarının verdiyi məlumata görə, siyasi məhbus ağır xəsarətlər alıb.  Azərbaycanlı fəal Məlikan prokuroru Mehdi Əlimuradi […]

50 milyonun haberine göre, İran həbsxanalarında saxlanılan Güney azərbaycanlı milli fəallara qarşı təzyiqlər artıb.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlının Cebhe.info-ya verdiyi məlumata görə, Marağa həbsxanasında saxlanılan   “Şəhr-i xəbər Məlikan” teleqram kanalının müdiri Mehdi Kuxiyan  döyülüb. Yaxınlarının verdiyi məlumata görə, siyasi məhbus ağır xəsarətlər alıb.  Azərbaycanlı fəal Məlikan prokuroru Mehdi Əlimuradi ilə mübahisə etdikdən sonra Ş.Tütünçü adlı bir məhbus tərəfindən döyülüb. Aldığı zərbələrdən yaralanan fəal poliklinikaya aparılmaq əvəzinə zindanın karantin bölümünə köçürülüb. Kuxiyan ailəsinə yaxın bir mənbədən verilən məlumata görə, azərbaycanlı fəal Məlikan prokuroru tərəfindən təhdid edilib.

Prokuror ona bildirib ki, o Məlikanın millət vəkili Salman Xudadadinin cinsi təcavüzünə məruz qalan Zəhra Nəvidpur məsələsi ilə bağlı ifşaedici fəaliyyətinə görə ona yeni cinayət işi açılacaq və ETTELAAT-da dindiriləcək.

Qeyd edək ki, siyasi fəal aprelin 8-də ETTELAAT əməkdaşları tərəfindən saxlanılıb. O,  aprelin 13-də ETTELAAT İdarəsinin təcridxanasından Marağa zindanına köçürülüb.

Aydın
Cebhe.info

Etiketler:

Yorum kayıta alındı

Adınız:

E-posta Adresiniz:

Yorumunuz: