22:03:19 - Pazar 9 Haz 2019
Ramin Hacılı Qarabağa piyada yürüşə başladı: “Hər kəs qoşulsun” (FOTO/VİDEO)
Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı Qarabağa getmək qərarı verib.  50 milyonun haberine göre, bir müddət öncə “Qarabağa qayıdırıq” kampniyasına başlayan və 8 uyun tarixində hər kəsi Horadiz qəsəbəsinə toplanmağa, ordan da Şuşaya doğru yürüş etməyə səsləyən R.Hacılı bu gün özü təkbaşına piyada yola düşüb. O, özünün facebook səhifəsində bu barədə paylaşım edib: Həmin paylaşımı təqdim […]

Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı Qarabağa getmək qərarı verib. 
50 milyonun haberine göre, bir müddət öncə “Qarabağa qayıdırıq” kampniyasına başlayan və 8 uyun tarixində hər kəsi Horadiz qəsəbəsinə toplanmağa, ordan da Şuşaya doğru yürüş etməyə səsləyən R.Hacılı bu gün özü təkbaşına piyada yola düşüb.

O, özünün facebook səhifəsində bu barədə paylaşım edib:

Həmin paylaşımı təqdim edirik:

“Əziz həmvətənlərim, dəyərli insan övladı!

Bu gün – 5 iyun 2019-cu il tarixi, saat 15:00-da Bakıdan piyada Horadizə getməyə başlayacam.

Oturub möcüzə gözləməyin mənası yoxdu. Qarabağın tamamilə əlimizdən çıxdığını sakitcə izləyə bilmərik. Qarabağda başqa ölkələrlə əməkdaşlıq qərarları bizsiz verilir. Ermənistan Qarabağda ABŞ-ın kollecini açır. Bu bilirsiz nə deməkdi?! Adamlar dayanmırlar. Biz burda “rus dilində danışaq, yoxsa danışmayaq” mövzusu ilə girinc qalmışıq. Ermənistan isə dünyanın ən inkişaf etmiş dövlətinin diqqətini özünə və Qarabağa yönəltməklə məşğuldu.

Bunu bir azərbaycanlı kimi həzm edə bilmirəm.

Hər kəsi 8 iyun, saat 16:00-da Horadizdə, Bayraq Meydanında gözləyəcəm. Dünyanın diqqətini Qarabağın həqiqi sahibi olduğumuza çəkməliyik.

Hər il işğal günləri status yazmaqla heç nəyə nail ola bilməyəcəyik, necə ki olmuruq. Qarabağ üçün toplanaq Horadizdə. Sözümüzü deyək, geri çəkilməyəcəyimizi göstərək! Necə gedək, nəylə gedək qayğısını hər kəs öz üzərinə götürməlidi. Mən piyada gedirəm. Kim necə bacarırsa o cür gəlsin. Maşını olan maşınla, olmayan avtobusla, qatarla. Yaxın çevrəylə aranızda danışın və yığılıb yola çıxın.

Qarabağ üçün gəl, əl-ələ tutub haqqımızı istəyək”.

 

Etiketler:

Yorum kayıta alındı

Adınız:

E-posta Adresiniz:

Yorumunuz: