23:40:50 - Salı 2 Tem 2019
Sarab zindanında həbs olunan Səhənd Məalidən heç bir xəbər yoxdur
50 milyonun haberine göre, Sarab şəhərinin həbsxanasında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Səhənd Məalidən heç bir xəbər yoxdur, bu vəziyyət onun ailəsi və yaxınlarının nigaranlığına səbəb olub. Xəbər agentliklərində yayılan məlumata görə, fəalın telefon əlaqəsi saxlamasına qadağa qoyulub, o artıq 13 gündür ki, telefondan istifadə edə bilmir. Sarab sakini olan Səhənd Məali zindanda 10 […]

50 milyonun haberine göre, Sarab şəhərinin həbsxanasında məhbus həyatı yaşayan güney azərbaycanlı milli-mədəni fəal Səhənd Məalidən heç bir xəbər yoxdur, bu vəziyyət onun ailəsi və yaxınlarının nigaranlığına səbəb olub.

Xəbər agentliklərində yayılan məlumata görə, fəalın telefon əlaqəsi saxlamasına qadağa qoyulub, o artıq 13 gündür ki, telefondan istifadə edə bilmir.

Sarab sakini olan Səhənd Məali zindanda 10 aylıq həbs cəzasını çəkməkdədir. O mayın 2-də öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən döyülərək yaxalandıqdan sonra həbsxanaya aparılıb.

Şahidlərin dediyinə görə, fəal yaxalanarkən azyaşlı bacısı uşağının gözü qarşısında təhqir olunub və vəhşicəsinə  döyülüb.

Etiketler:

Yorum kayıta alındı

Adınız:

E-posta Adresiniz:

Yorumunuz: