23:47:25 - Salı 2 Tem 2019
Siyamək Mirzayi Evin zindanında aclıq aksiyasına başlayıb
50 milyonun haberine göre, Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi Tehranın Evin zindanında aclıq aksiyasına başlayıb. Fəal yeni məhkəmə işi açılması və Ettelaat İdarəsinin Evin zindanındakı korpusuna (209-cu korpus) köçürüldükdən sonra iyulun 1-də aclıq etməyə qərar verib. Fəal barəsində quraşdırılan yeni dosye ilə əlaqədar azadlığa buraxılmamasına etiraz olaraq aclıq aksiyası keçirir. Siyamək Mirzayinin ailə üzvləri iyunun […]

50 milyonun haberine göre, Güney azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzayi Tehranın Evin zindanında aclıq aksiyasına başlayıb.

Fəal yeni məhkəmə işi açılması və Ettelaat İdarəsinin Evin zindanındakı korpusuna (209-cu korpus) köçürüldükdən sonra iyulun 1-də aclıq etməyə qərar verib.

Fəal barəsində quraşdırılan yeni dosye ilə əlaqədar azadlığa buraxılmamasına etiraz olaraq aclıq aksiyası keçirir.

Siyamək Mirzayinin ailə üzvləri iyunun 30-da 30 milyon tümənlik mülki vəsiqəni təqdim etmək üçün Evin zindanı Məhkəməsinin 6-cı şöbəsinə müraciət ediblər, lakin məsullar fəalın azadlığa buraxılması ilə razılaşmayıb.

Siyamək Mirzayi iyunun 26-da, məhkumluq müddətinin başa çatmasına 2 gün qalmış “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edilib. Bundan sonra onun azadlığa buraxılması üçün 30 milyon tümənlik mülki vəsiqə qərarı təyin olunub.

Azərbaycanlı fəal iyunun 25-də Evin Zindanı Məhkəməsinin 6-cı Şöbəsinə çağırılmışdır. Fəalın bəzi yaxınları onun məhkəməyə çağırılmasını bir il müddətinə Təbəs şəhərinə sürgün edilmə hökmünün icrası ilə əlaqədar olduğunu düşünür.

Siyamək Mirzayi 2016-cı il iyunun 13-də Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə yerli ETTELAAT İdarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib. Azərbaycanlı fəal öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və  qanunsuz qrup yaratmaq kimi qondarma ittihamlarla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.

Azərbaycanlı fəal bundan əvvəl məhkəmə işinin gedişatına etiraz olaraq 18 günlük aclıq aksiyası keçirib. O ötən Beynəlxalq Ana Dili Günü münasibəti ilə daha 4 azərbaycanlı siyasi məhbusla birlikdə 5 günlük aclıq aksiyası keçirib.

Azərbaycanlı şair və yazıçı Siyamək Mirzayi bundan əvvəl də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıb. Azərbaycanlı fəal ali təhsilin magistratura (yüksək lisans) səviyyəsinə qəbul imtahanını müvəffəqiyyətlə keçməsinə baxmayaraq universitetə buraxılmayıb, onun təhsilinin davamına qadağa qoyulub.

Siyamək Mirzayi 8 il əvvəl başqa bir dosyeyə görə 5 il həbs cəzasına məhkum edilmişdir.

Etiketler:

Yorum kayıta alındı

Adınız:

E-posta Adresiniz:

Yorumunuz: