23:42:51 - Cuma 13 Eyl 2019
Sürgündə Parlament və Dövlət- DR. Alirza Abdullahi
Sürgündə Parlament və Dövlət Uluslararası qanunlara əsasən bir millətin rəsmi və qanuni dövləti yabancı qüvvələr tərəfindən hücuma məruz qaldığında, toprağı işqal olunanda elə ki o milli hakimiyyət hökmünü öz coğrafiyasında sürdürə bilmirsə o millət sürgündə Parlament və dövlətini qurmaq haqqını qazanır. Yaranan sürgün parlamenti və dövləti isə o zaman rəsmiyyət tapır ki ən az bir […]

Sürgündə Parlament və Dövlət

Uluslararası qanunlara əsasən bir millətin rəsmi və qanuni dövləti yabancı qüvvələr tərəfindən hücuma məruz qaldığında, toprağı işqal olunanda elə ki o milli hakimiyyət hökmünü öz coğrafiyasında sürdürə bilmirsə o millət sürgündə Parlament və dövlətini qurmaq haqqını qazanır. Yaranan sürgün parlamenti və dövləti isə o zaman rəsmiyyət tapır ki ən az bir və ya neçə ölkədə rəsmiyyətə tanınsın və o ölkələrdə qanuni şəkildə siyasi fəaliyyətlərini sürdürə bilsin . Buna örnək Doğu Türküstan sürgün höküməti, Japoniya Türkiyə və Amerikadan gözləmcilərin hüzurunda 12-14 September 2004 tarixində Amerika’nın kongrə binasında,1933-1944 illərində qurulan Doğu Türküstan cümhuriyyətinin davamı olaraq qurulmuşdur.

Keçici Dövlət

Keçici dövlət sürgündəki dövlətlə fərqli olaraq, yaranma nədəni var olan hökumətdən yeni hökumətin oluşumuna qədər ölkənin idarə etməsi və beləliklə çatışmamazlığın ve əmniyətsizliyin önünü almaqdır. Keçici dövlətin olşumundan öncə yurd içində ve yurd dışında xalq arasında məqbuliyət və məşruiyət sahibi olan çeşidli milli-siyasi ve demokratik qüvvələrin bir cəbhədə birləşmələri zərurətlərdən sayılır. Keçici dövlət ölkədə qudrətə yetişmək üçün başqa ölkələr tərəfindəndə rəsmiyyətə tanınması gərəkir. Bunun üçün siyasi qudrəti əlinə keçirmədən öncə dünyanın sayılan ölkələri eləcədə birləşmiş millətlərlə lazimi müzakirələri aparmalıdır. Burada bu görəvi daha öncə yaranmış sürgündəki parlament və dövlət sorumlularının yapmaları gərəkir.
Yabancı qüvvələrin yardımı ilə Qacar Türk imparatorluğunu 1925-ci ildə yıxaraq məmaliki məhruseye Qacarda yaşayan Türkləri azınlıq halinə gətirən Pəhləvi rejimi, işqal etdikləri Türklərin torpaqları üzərində yapmadıqları zülmü buraxmadılar. Bütün dünyanın tanıdığı və qəbul etdiyi Türk hakimiyyətini yıxmaqdan çəkinməyən fars hakimiyyəti dünyanın gözü önündə faşistliğin və Türk düşmanlığını isbat etmiş olaraq halən höküm sürməkdədirlər.
1945-ci ildə bir ilə qədər sürən milli hökumət minlərcə Güney Azərbaycan Türklərinin tutuqlanmaları və şəhadətə varmalarıyla sona ərmişdir.

Milli və insani haqlarını savunmaq üçün ikinci pəhləvi hakimiyyəti ilə çarpışan Türklərin namusları canları malları həlal sayılaraq qanlı qətliamla sonlandırılmışdır.

Bu gerçekleri nəzərə alaraq son günlərdə Güney Azərbaycan Milli Oyanış Hərəkatı lideri Dr. Mahmudəli Çöhrəqanlı sürgündə parlament və dövlət qurulmasının çağırısında bulundular. Bu çağırışda dünyanın başabaşında yaşayan bütün sadiq və səmimi Güney Azərbaycanlı aktivistlərdən istənilib ki tüm sahələrdə gələcəkdə qurulan sürgündəki parlament və dövlətin mütaliə işləmlərini başladaraq müzakirələr mubahisələr aparsınlar.

Etiketler:

Yorum kayıta alındı

Adınız:

E-posta Adresiniz:

Yorumunuz: